Kiyevdə azərbaycanlı ağır qəza törətməkdə ittiham edilir



Yanvarın 1-də Kiyevdə ağır qəza törədən azərbaycanlı sürücüyə qarşı ittiham irəli sürülüb. 

Hakimiyyet.Az xəbər verir ki, bununla bağlı Kiyev prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, 34 yaşlı sürücü Yeni ilin ilk günündə “Skoda Superb” markalı avtomobili ilə piyada keçidindən keçən üç nəfəri vurub. 

Hadisə zamanı 59 yaşlı qadın, onun 31 yaşlı qızı və bir yaşlı nəvəsi yaralı halda xəstəxanaya yerləşdirilib. Yaşlı qadın xəstəxanada keçinib. 

Azərbaycanlıya qarşı yol hərəkəti qaydalarının pozulması maddəsi ilə ittiham irəli sürülüb. Onu üç ildən səkkiz ilədək həbs cəzası gözləyir. Cinayət işi Kiyevin Şevçenkov rayon məhkəməsinə göndərilib.

Facebook səhifəmizi izləməyi unutmayın!