Qusarın İcra başçısı və maliyyə müdürü büdcə vəsaitlərini talayıb ? İTTİHAM

Hələ xeyli əvvəlindən məlumat verərək bildirmişdik ki, ayrı-ayrı rayon icra hakimiyyəti başçıları keçən ilin yekun hesabatlarının hazırlanmasında ciddi problem yaşayırlar və hətta bu amilə görə, onlara qarşı cəza tədbirləri də işə düşə bilər. Həmin məlumatların birində vurğulanırdı ki, belə bir problemi yaşayanlar sırasında Qusar RİH-ə rəhbərlik edən Şair Alxasov da var.

Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki məlumatlı mənbənin bidlridiyinə görə, Qusarın RİH başçısı rayona ötən il ayrılan büdcə vəsaitlərinin xərclənməsində böyük yeyintiyə yol verdiyindən hazırda durumu olduqca gərgindir.

Mənbənin söylədikləri: “Təxminən 300 min manata yaxın büdcə vəsaitinin xərclənməsində Şair Alxasov və adamları yeyintiyə yol verib. Yerli maliyyə idarəsinin müdiri də durumla bağlı hədəfdədir”.

Mənbə iddia edir ki, Şair Alxasova qarşı konkret ittihamlar olduğundan rayonda həbslər də həyata keçirilə bilər: “Adamlar o qədər arxayın şəkildə büdcəni talayıblar ki, hətta rəsmi qurumlar tərəfindən ittiham oluna biləcəklərini, “yediklərinə” görə cavab verməli olduqlarını belə unudublar”.

Qeyd olunanlarla bağlı Şair Alxasovun mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Redaksiyamızda isə rəsmi qurumların maliyyə araşdırmalarının yekunları var və yaxın vaxtlarda həmin faktları təqdim edəcəyik.

DİA.AZ-a danışan mənbə son olaraq onu da bildirib ki, keçən il ölkə başçısı tərəfindən təltif olunan Şair Alxasov hədəf olmaqdan yayına bildiyini təxmin edir. “Amma bu fikirlər də yanlışdır” – deyə, mənbə vurğulayır və əlavə edir ki, Şair Alxasovdan hesabat mütləq soruşulacaq.

Xatırladaq ki, az əvvəl də Şair Alxasovun durumunun gərginliyi ilə bağlı məlumat yaymışdıq.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…