Koçaryan həbsxanadan çıxmaya bilər



Ermənistanın sabiq prezidenti Robert Koçaryan daha iki ay həbsxanada qala bilər.

Hakimiyyet.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib.

O qeyd edib ki, Ermənistan İstintaq Komitəsi R. Koçaryanın həbs müddətinin daha iki ay uzadılması üçün məhkəməyə müraciət edib.

Hələlik məhkəmənin məsələyə nə vaxt baxacağı məlum deyil.

Qeyd edək ki, R. Koçaryan ölkənin konstitusiya quruluşunun devrilməsində ittiham olunur.

Facebook səhifəmizi izləməyi unutmayın!