Türkiyə-Suriya sərhədinə xüsusi təyinatlılar yeridildi



Türkiyə Suriya ilə sərhəd zonasına xüsusi təyinatlıları göndərib.

Hakimiyyet.Az xəbər verir ki, xüsusi təyinatlılar Suriyanın İdlib əyaləti ilə həmsərhəd bölgədə yerləşən ordu qruplaşmasını gücləndirəcəklər.

Qeyd edək ki, bu ərazidə müxalif qüvvələr və terror qruplaşmaları fəaliyyət göstərir.  

Ankara bu qərarı Türkiyənin dəstəklədiyi Suriya müxalifəti ilə “Həyat Təhrir əş-Şam” qruplaşmasının terrorçuları arasında baş vermiş toqquşmalardan sonra qəbul edib.

Facebook səhifəmizi izləməyi unutmayın!