Almeyda “Qarabağ”ın düşərgəsində – FOTO



Millimizin futbolçusu Riçard Almeyda artıq “Qarabağ”ın düşərgəsindədir.

Hakimiyyet.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Antalyada təlim-məşq toplanışında olan komandaya qoşulub. 

“Qarabağ”ın baş meneceri Asif Əsgərov sosial şəbəkədə onunla şəklini paylaşıb.

Qeyd edək ki, Riçard Almeyda müqavilə ilə Qazaxıstan çempionu “Astana”ya məxsusdur. “Qarabağ” onu bir illiyə icarəyə götürüb.

Facebook səhifəmizi izləməyi unutmayın!