Cəlilabadda qəza: Rayon sakini xəsarət aldı



Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hakimiyyet.Az xəbər verir ki, bu haqda Report məlumat yayıb.

Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində şəhər sakini, 1997-ci il təvəllüdlü Əmişov Hüseyn Əmiş oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook səhifəmizi izləməyi unutmayın!