Fabreqas “Monako”ya keçdi



“Çelsi” klubunun yarımmüdafiəçisi Sesk Fabreqas “Monako”ya keçib.

Hakimiyyet.Az xəbər verir ki, futbolçu “Monako”dan 10 milyon avrodan çox bonus alacaq.

Qeyd edək ki, Fabreqas 2014-cü ildən “Çelsi”də çıxış edib. Komandanın heyətində o, İngiltərə Premyer Liqasında 138 oyunda meydana çıxıb və 15 qol vurub.

Facebook səhifəmizi izləməyi unutmayın!