Fransada Birinci Dünya müharibəsində batmış sualtı qayıq tapıldı



Fransanın şimalında Vissan şəhərinin yaxınlığında Birinci Dünya müharibəsində batmış UC-61 sualtı qayığı tapılıb. 

Hakimiyyet.Az xəbər verir ki, bununla bağlı “La Voix du Nord” qəzeti məlumat yayıb. 

Mənbənin məlumatına görə, qayığın əsas tapşırığı dənizin dibinə minalar yerləşdirilməsi olub. Bu səbəbdən suyun altında torpağa həddindən artıq yaxınlaşan sualtı qayıq saya oturub. 

Hadisə 1917-ci il noyabrın 26-da baş verib. Qayıqdakı 25 nəfərlik ekipaj üzvü xilas ola bilib. Ancaq sahildə onlar saxlanılıb. 

Facebook səhifəmizi izləməyi unutmayın!