“Qalatasaray” Almaniya komandası ilə heç-heçə edib



Futbol üzrə Türkiyə Superliqasının “Qalatasaray” futbol komandası 2018-2019-cu il mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində Almaniyanın “RB Leipzig” komandası ilə yoldaşlıq oyunu keçirib.

Hakimiyyet.Az klubun saytına istinadla xəbər verir ki, Almaniyada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

12 min tamaşaçının izlədiyi görüşdə hesabı 34-cü dəqiqədə “RB Leipzig”in oyunçusu Yussuf Poulsen açıb. İkinci hissənin 55-ci dəqiqəsində İstanbul komandasının futbolçusu Martin Linnes hesaba tarazlıq gətirib.

Fateh Terimin yetirmələri bu il ilk rəsmi matçını yanvarın 15-də Türkiyə kuboku uğrunda oyunda “Boluspor”a qarşı keçirəcək.

Xatırladaq ki, “Qalatasaray” klubu Braziliyanın “Atletiko Paranens” komandasından müdafiəçi Markos Nasimento Teixeiranı və müdafiəçi Emre Taşdemiri transfer edərək heyətini gücləndirib.

Facebook səhifəmizi izləməyi unutmayın!