"Çelsi" "Nyukasl"ı minimal hesabla məğlub edib



Yanvarın 12-də İngiltərə Premyer Liqasının 22-ci turun oyunları keçirilib.

Hakimiyyet.Az AZƏRTAC- a istinadən xəbər verir ki, iki oyunda qələbə qazana bilməyən “Çelsi” doğma azarkeşlər önündə “Nyukasl” komandasını qəbul edib.

“Stenford Bric” stadionunda keçirilən görüşdə hesabı meydan sahibləri 9-cu dəqiqədə açıb. Londonluların mərkəz müdafiəçisi David Luizin ötürməsi nəticəsində qapıçı ilə təkbətək çıxan Pedro oyunda ilk qola imza atıb.

Matçın 27-ci dəqiqəsində “Çelsi”ın əsas qol silahı sayilan Eden Hazardın uzaq məsafədən vurduğu zərbə qapı tirinə dəyib.

Qarşılaşmanın 40-ci dəqiqəsində meydan sahiblərini əks-hücumda yaxalayan qonaqlar hesabı bərabərləşdirib. Mat Ritçinin cinah ötürməsini Ciaran Klark dəqiq zərbə ilə tamamlayıb – 1:1.

Görüşün ikinci hissəsində hücumların kəsərin artıran “Çelsi” 57-ci dəqiqədə qələbə topunu vurmağa nail olub. Vilyam adını tabloya yazdırıb – 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Facebook səhifəmizi izləməyi unutmayın!