İngiltərə klubu əfsanəvi futbolçuya tapşırıldı



“Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Pol Skoulz “Oldhem Atletik” klubunun baş məşqçisi təyin olunub.

Hakimiyyet.Az “The Telegraph”a istinadən xəbər verir ki, təyinatla bağlı rəsmi qərarın tezliklə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, “Oldhem Atletik” İngiltərənin II Liqasında çıxış edir.

“Oldhem Atletik” turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.

Facebook səhifəmizi izləməyi unutmayın!