Ronaldu keçmiş komanda yoldaşını “Yuventus”a keçməyə razı salmağa çalışır



“Yuventus”un hücumçusu Kriştianu Ronaldu keçmiş komanda yoldaşı olan Marselonu Turin klubuna keçməyə razı salmağa çalışır.

Hakimiyyet.Az AS nəşrinə istinadən xəbər verir ki, hazırda Madridin “Real” klubunda çıxış edən futbolçu yayda “Yuventus”a transfer oluna bilər.

Bildirilir ki, Marselo Turin klubuna keçmək ideyasına pis baxmır.

Qeyd edək ki, 30 yaşlı braziliyalı futbolçu son iki oyunda “Real”in heyətində yer almayıb.

Facebook səhifəmizi izləməyi unutmayın!