Yol polisinin rəisinə əmisindən ŞOK İTTİHAMLAR

“Əvvəllər yaxın münasibətdə olduğum Dövlət Yol Polis İdarəsinin polis mayoru olan Rasim Musayev mənimlə yaxın olan zaman bildirib ki, onun imkanı böyük olmaqla çoxlu daşınmaz əmlakı vardır. O bildirib ki, belə daşınmaz əmlaklardan birini o, Qaradağ rayonunda Dövlət Yol Patrul xidmətində növbədə olarkən əldə edib. Belə ki, onun bildirməsinə görə o bir gecə vaxtı Qaradağ rayonunda bina tikən bir şəxsin narkotik istifadəçisi və daşıyıçısı olan oğlunun avtomobilini saxlamış və narkotik vasitələri aşkar etmiş, və bu barərə həmin şəxsin atasını şantaj edərək ondan tikdiyi binadan mənzil alaraq oğlunun cinayət əməlini rəsmiləşdirməmişdir”.

Bu müraciəti sabiq yol polisi rəisi Rasim Musayevlə bağğlı bir çox dövlət qurumlarına, redaksiyamıza ünvanladığı şikayətdə əmisi Nadir Musayev məlumat verib. Deyir ki, qardaşı oğlu ondan 20 min dollar alıb və qaytarmır: “Rasim Musayev və yoldaşı Sevda Musayevanın mənə və digər şəxslərə qarşı etdikləri dələduzluq cinayətləri barədə hər yana yazmışam. Əvvəlki şikayətlərimdə Rasim Musayevin, onun yoldaşı Sevda Musayevanın və Azər adlı şəxsin yalnız mənə qarşı törətdiyi cinayət əməlindən – 15 min və 20 min ABŞ dolları pulumu mənimsəməsindən bəhs etmişəm. Mənə vurulan 15 min manat ziyandan 13 600-ü qaytarılsa da, 20 min dollar pulum tam şəkildə qaytarılmır. Bildirməliyəm ki, bu şəxslərin cinayətkar əməllərinin audioyazısı da məndə var”.

N.Abbasov Bakı şəhər prokuroru İlqar Abbasova ünvanladığı məktubda isə yazır:

“Yasamal rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlu 01 sentyabr 2017-ci il tarixində Orucov Azərin Musayeva Sevda Mərifət qızı və onun əri Musayev Rasim ilə əlbir olaraq mənim 15 000 manatımı dələduzluq yolu ilə əldə etmələrinə dair cinayət işinin rədd edilməsinə dair qərar qəbul etmişdir. Aşağıdakılara görə həmin qərarı ısassız və qanunsuz hesab edirəm.

Əvvələn qeyd etməliyəm ki, barələrində şikayət etdiyim şəxslərdən Musayev Rasimin məni dəlduzluq yolu ilə aldadaraq 20 000 ABŞ dollarını alıb qaytarmaması barədə yuxarı instansiyalara müraciət etmişəm, hazırda həmin cinayət işi ilə də bağlı araşdırma gedir.

Hazırda qanunsuz olan Yasamal rayon prokurorluğunun qərarında göstərilir ki, Orucov Azər ifadəsində göstərmişdir ki, o Rasimi 2 ilə yaxındır tanıyır və onunla yaxın münasibətləri var. Və mənim Azərə pul verdiyimdən guya ki, Musayev Rasimin xəbəri yoxdur.. buradan belə bir sual çıxır ki, A.Orucovla Musayev Rasimin hansı yaxın münasibətləri vardır? Və onlar haradan tanışdırlar? İstintaq bu halları araşdırmamışdır.

Daha sonra A.Orucov R.Musayevin arvadı Sevdanın 2014-cü ilin sentyabr ayında guya mənim dərman preparatlarının satışı ilə məşğul olduğumu bildirmişdir. Sonra isə mən ona dəriman vermişəm, o isə həmin dərimanın pulunu yavaş-yavaş qaytarmışdır.

Halbuki, bu hallar Azərlə bir cəbhədə çalışan Rasimin və onun arvadı Sevdanın izahatları ilə tam ziddiyyət təşkil edir. Çünki, onlar deyirlər ki, mən Azərə pulu işimi dəyişmək məqsədi ilə vermişəm. Bu hallar tanımadığım Fikrət adlı şəxsin izahatları ilə də ziddiyyət təşkil edir.

Halbuki, sonuncu bu ifadələr elə Yasamal rayon prokurorluğunun qərarında göstərilmiş Sevdanın öz ifadələri ilə təkzib olunur. Sevda öz ifadəsində qeyd etmişdir ki, O, Azərə Orucovu guya Fikrət vasitəsi ilə mənimlə tanış etmişdir. Və Azər məni 15 000 AZN müqabilində işə düzəltməli idi.

Digər tərəfdən isə nə Azər Orucov nə də müstəntiq mənim dərman alveri ilə məşğul olduğumu müəyyən etməmişdirlər. Onlar həmin münasibətlər barəsində bir ədəd belə tutarlı sübutu ortaya qoymamışdırlar.

Korrupsiya ilə Mübarizə Baş İdarəsinin Rasim Musayev barəsində olan cinayət işinin rədd edilməsi haqqqında qərarın Sevdanın izahatı hissəsində göstərilir ki, guya Sevda Azəri tanımayıb Fikrət adlı şəxs vasitəsi ilə mənə Azərin nömrəsini verib.

Halbuki, Azər mənə danışığı yazılmış diskdə səs yazısında pulun bir hissəsinin sevdaya çatdığı bildirilir. Bu hallara heç bir hüquqi qiymət verilməyib.

Rasim, onun arvadı Sevda və Azər göstərirlər ki, mən Rasimdən 20 000 ABŞ dollarını Azərə verdiyim 15 000 AZN-in devalivasiya əvəzi olaraq almışam. Lakin bu hal heç bir müstəntiq tərəfindən araşdırılmayıb ki, 15 000 AZN-in devalivasiya əvəzi 20 000 ABŞ dolları etmir. Həmin məbləğlər arasında kəskin fərq var 15 000 AZN-in devalivasiya əvəzi təxminən 15 000 AZN etdiyi halda Mənim Rasimə verdiyim və ondan istədiyim məbləğ 20 000 ABŞ dolları edir, onun isə AZN-ə nisbəti 34 000 Azn edir. Bu hallar Rasimin, Sevdanın və Azərin yalançı olmaqla cinayətlərini ört-basdır etməkdən ötrü dəridən qabıqdan çıxdıqlarını göstərir.

Daha sonra Azər Yasamal Prokurorluğunun qərarında olan izahatında göstərir ki, guya mən bu şikayətləri Rasim Musayevlə ailə zəminində şəxsi-qərəzlilik olduğundan etmişəm. Lakin ittiham tərəfi bu ailə zəminində olan şəxsi-qərəzin nədən ibarət olmasını araşdırmağa çalışmamışdırlar.

Bundan Başqa Azər Orucova qarşı izahat vermiş digər şəxslər olan Musayev Musa Lətif oğlunun, Musayev Sadıx Musa oğlunun, Musayeva Səmayə Məhərrəm qızının və digər şəxslərin nə üçün bu cür yalan ifadə vermələri də müstəntiq tərəfindən araşdırılmamışdır.

Sevda İfadəsində göstərmişdir ki, guya Azər mənə pul vermişdir mən onu götürməmişəm. Belə olduğu halda necə ola bilərdi ki, biznes münasibətlərində olduğum halda dərmanların pulu Azər tərəfindən mənə verilsin mən isə onu götürməyim? Bunların hamısı ifadələri uzatmaq və iş barəsində yalan məlumat verməkdir.

Əsas Məsələ isə ondan ibarətdir ki, Yasamal Rayon prokurorluğunun qərarında göstərilmişdir ki, guya mən Azərlə dərman alveri etmişəm. Lakin elə həmin prokurorluğun qərarında və rəhbərlik idarənin qəbul etdiyi qərarda göstərilir ki, Azər məndən 15 000 AZN-i işə düzəltmək adı ilə alıb.

Korrupsiya İlə Mmübarizə Baş İdarəsinin Qərarında Nəsib Musayevin Rasimlə mənim aramda olan söhbətlərdən bütün qohum əqrabanın xəbəri olduğunu və Rasimin məndən aldığı pulu qaytaracağını bildirməsinə bxmayaraq bunu etməməsi halı iş materiallarında ola-ola həmin məsələlər köklü araşdırılmamışdır.

Təxminən 18-19 dekabr 2018-ci ildə Yenidən daxili işlər Nazirliyində Daxili Təhqiqatlar İdarəsinin rəisi general Sahib Mirzəyevin qəbulunda oan zaman o mənə bildirmişdir ki, mən Rasimin işini bağlamaq üçün heç nə almamışam, onu mənə xahiş ediblər.

Müstəntiq Cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etdikdə mənə bildirmişdir ki, məndən şikayət etməyə başla, mən də bilirəm ki, qərar ədalətsizdir, amma işi mənə tapşırıblar.

Qeyd edilənləri nəzərə alaraq ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlu 01 sentyabr 2017-ci il tarixində Orucov Azərin Musayeva Sevda Mərifət qızı və onun əri Musayev Rasim barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi Azər Orucovun və Musayev Rasimin, Musayeva Sevdanın və əlaqəli digər şəxslərin məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edəsiniz”.teref.az