Sahil Babayev rüşvətə bulaşmış şəxslərə vəzifə verir: Heybət İmanov ƏƏSMN-də at oynadır

Daxili Nəzarət İdarəsinin rəisi sabiq nazir Füzuli Ələkbərovun korrupsioner adamlarına vəzifə verməklə rəhbərliyini çətin duruma salır?

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin son aylar həyata keçirtdiyi kadr islahatları ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Hazırda ƏƏSMN-in rayonlardakı idarələrinə təyin edilən məmurların əksəriyyəti sabiq nazir Füzuli Ələkbərovun dövründə işləyib və onların adları müxtəlif qalmaqallarda hallanıb.

Qeyd edək ki, Füzuli Ələkbərovun yerinə təyin edilən Səlim Müslümov xələfinin bütün rüşvətə bulaşmış kadrlarını çıxardaraq əvəzinə özünün adamlarını təyin etdi. İndi isə Sahil Babayevdə xələfinin kadrlarını çıxardaraq onların yerinə öz yaxın adamlarını, qohumlarını və Füzili Ələkbərovun dövründə korrupsiyaya bulaşmış şəxsləri təyin etməklə məşğuldur.

ƏƏSMN-dən AzToday.a-a daxil olan məlumata görə nazirlik içində əsas vəzifələri Sahil Babayevlə Mətin Kərimli, rayonlardakı müdirləri isə Daxili Nəzarət İdarəsinin rəisi Heybət İmanov təyin edir. Nazirlikdə təyin ediləb şəxslərin əksəriyyəti Sahil Babayevlə müavinlərinin yaxın qohumları olmasına baxmayaraq onların adları hansısa korrupsiya işində hallanmayıb. Ancaq rayonlarda fəaliyyət göstərən DSMF, Məşğulluq idarələrinin müdiri vəzifəsinə təyin edilən şəxslər sabiq nazir Füzuli Ələkbətovun dövründə həmin vəzifəni tutanlardır.

AzToday.az-a verilən məlumatda vurğulanır ki, Füzili Ələkbətovun dövründə korrupsiyaya qurşanmış və Səlim Müslümovun dövründə ƏƏSMN-dən qovilmuş kadrların yenidən vəzifəyə çəkilməsinin başında Daxili Nəzarət İdarəsinin rəisi Heybət İmanov dayanır. Sabiq korrupsioner nazir Füzuli Ələkbərovun dövründə nazirliyin əsas kilid adamlarından olan Heybət İmanovun özünün də adı müxtəlif maliyə maxinasiyalarında çəkilib.

Belə ki, ƏƏSMN-də korrupsiya sisteminə nəzarət edənlərdən biri kimi ad çıxardan Heybət İmanovu Səlim Müslümov işdən çıxatmışdı. İşdən qovulan Heybət İmanov sonradan hansısa himayənin dəstəyi ilə Hesablama Palatasında şöbə müdiri vəzifəsinə təyin edildi. Sahil Babayevin nazir təyinatından sonra ƏSMN-ə Daxili Nəzarət Şöbəsinin müdiri vəzifəsinə gətirilən Heybət İmanov yenə də köhnə ampulasındadır. AzToday.az-a verilən məlumatda bildirilir ki, Heybət İmanov yenədən Füzuli Ələkbərovun korrupsioner kadrlarını quruma yığmaqla sabiq nazirə öz sədaqətini açıq aşkar biruzə verir. Çünki rayonlarda fəaliyyət göstərən DSMF yaxud Məşğulluq mərkəzlərində kifayət qədər kadr var ki, onların adları hər hansı bir maliyyə maxinasiyalarında hallanmayıb. Heybət İmanov həmin şəxslərə vəzifə vermək əvəzinə, vaxtı ilə onunla birlikdə dövlətin milyonlarını mənimsəyənləri qabağa çəkir.

Heybət İmanovun bu hərəkətlərindən Sahil Babayevin xəbərinin olduğunu demək çətindir. Amma bu həqiqətdir ki, Sahil Babayevin də adı Heybət İmanovla birgə korrupsiya qalmaqallarında çəkiləcək…

Şamil Oruclu

AzToday.az