Bakının mərkəzində pişiklər evi – REPORTAJ



Şəhərin ən gözəl yerində artıq onların da evi var. Yeməklərini rahat yeyir, sularını içib, isti yerdə yatırlar. Söhbət pişiklərdən gedir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İctimaiyyətlə Əlaqələr sektorunun Baş məsləhətçisi Ofeliya Əfəndiyeva Hakimiyyet.Az-a açıqlamasında bildirib ki, bu layihə planlaşdırılmış formada ilk dəfə 2018 ci ildə öz təsdiqini tapıb.

Qurum rəsmisinin sözlərinə görə, “İçərişəhər” Dövlət Qoruğu İdarəsinin Mənzil Kommunal Xidmətinin əməkdaşları pişiklərin gün ərzində üç dəfə yemlənməsinə, bu evciklərin təmizliyinə nəzarət edirlər. Bununla yanaşı, istənilən şəhər sakini və ya turist də istədiyi təqdirdə sevimli heyvanları yemləyə bilərlər. 

Onu da qeyd edək ki, bu evciklərin üz örtüyü heyvanları qışda soyuqdan, yay fəslində istidən qorumaq üçün nəzərdə tutulub. Bu evciklərə tələbatın daha çox olduğunu nəzərə alan “İçərişəhər”  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu il onların sayının artırılmasını planlaşdırır.

Billurə Mikayıllı, Valeh Arifoğlu

Facebook səhifəmizi izləməyi unutmayın!