“Yuventus” Remzi ilə müqavilə imzaladı



London “Arsenal”ının yarımmüdafiəçisi Aaron Remzi “Yuventus”la ilkin müqavilə imzalayıb.

“Sovetskiy sport” nəşri yazır ki, Remzinin Turin klubu ilə müqaviləsi iyunun 30-da qüvvəyə minəcək. 

Məhz iyunun 30-dan uelsli futbolçu azad agent statusu əldə edəcək. 

Bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi dünyada ən yüksək gəliri olan 10  futbolçudan biri olacaq.

“Yuventus”da Remzi il ərzində 23 milyon dollar qazanacaq. 

Facebook səhifəmizi izləməyi unutmayın!