“Zirə” fransalı futbolçu ilə müqavilə bağladı



“Zirə” futbol klubu fransalı Şafik Tiqrudca ilə anlaşıb. 

Klubun mətbuat xidmətindən Hakimiyyet.Az-a verilən məlumata görə, yarımmüdafiəçi ilə mövsüm sonuna kimi müqavilə bağlanılıb. 

27 yaşlı futbolçunun son klubu Albaniyanın “Kukesi” klubu olub. Şafik, bundan başqa, Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında çıxış edib. 

O, “Zirə”də 48 nömrəli forma ilə çıxış edəcək.

Facebook səhifəmizi izləməyi unutmayın!