Berluskoni italyanları dəli adlandırdı



İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ona səs verməyən ölkə vətəndaşlarını axmaq adlandırıb.

“Canale 5” televiziyasının məlumatına görə, 82 yaşlı siyasətçi italyanların əksəriyyətinin dəli olduğunu bildirib.

“Neçə nəfər Berluskoniyə səs verir? Yüz nəfərdən 5-6 nəfər. Buna görə utanıram. İtalyanların əksəriyyəti dəli olub”, – deyə o, sahibi olduğu “Canale 5” televiziyasının populyar verilişində qeyd edib.

Berluskoni may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirib. O hesab ki, Avropa İttifaqında dəyişikliklər zəruridir.

Facebook səhifəmizi izləməyi unutmayın!