İsrail yenidən Suriyaya zərbə endirdi



İsrail tankları Suriyanın Kuneytra əyalətindəki obyektlərə zərbələr endirib.

“İkhbariya” telekanalının məlumatına görə, zərbələr nəticəsində xəstəxana binası məhv edilib.

Suriya dövlət televiziyasının yaydığı xəbərdə bildirilir ki, Cubata əl-Həşabdakı rəsədxana da hücuma məruz qalıb.  

Ölən və yaralananlar barədə məlumat verilmir.

Facebook səhifəmizi izləməyi unutmayın!