Pensiyaların artırılması üçün ayrılan vəsaitin məbləği açıqlandı



Əmək pensiyasının minimum məbləğinin artırılması üçün Dövlət Sosial Müdafiə Fondundan illik 49 milyon manat əlavə vəsait yönəldiləcək.

Hakimiyyet.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək:

“Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım özünü göstərəcək. Artım üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 mln. manat, illik isə 49 mln. manat əlavə vəsait yönəldiləcək”.

Nazir qeyd edib ki, bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşür.

İlhamə Əbülfət

Facebook səhifəmizi izləməyi unutmayın!