Kiyevdə azərbaycanlılar saxlanıldı – Britaniyalının “Rolex”ini oğurlayıblar



Kiyevdə Böyük Britaniya vətəndaşını qarət edən Azərbaycan vətəndaşları saxlanılıb. 

Bununla bağlı Unn.com.ua saytı məlumat yayıb. 

Bildirilib ki, hadisə gecə saatlarında Bolşaya Jitomirskaya küçəsində qeydə alınıb. Dörd nəfər Böyük Britaniya vətəndaşına yaxınlaşaraq, onun qolundakı “Rolex” saatını oğurlayıblar. Hadisədən sonra onlar qaçmağa müvəffəq olublar. Zərərçəkmiş polisə müraciət edib. 

Aparılan araşdırmalar zamanı hadisəni törədən şəxslərin Azərbaycan vətəndaşları olduğu aydınlaşıb və onlar saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Facebook səhifəmizi izləməyi unutmayın!