Top daşıyan uşaqların hərəkətlərinə görə klub cəzalandırıldı



AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Hakimiyyet.Az xəbər verir ki, Premyer Liqada ötən tur heç bir qayda pozuntusu olmayıb. 

I divizionun XV turunun MOİK – “Turan Tovuz” matçında xərək daşıyan uşaqlar olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunub.

“Ağsu” – “Şüvəlan” matçında Bakı klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə eyni məbləğdə cərimələnib.

“Səbail-2” – “Sumqayıt-2” matçında qonaq klubun nümayəndələri oyunöncəsi iclasa yeddi dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə ödəyəcək.

“Zaqatala” – “Sabah-2” matçında top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunub.

Bundan başqa, “Sumqayıt”ın U-17 komandasının baş məşqçisi Vüqar Quliyev və “Sumqayıt”ın U-15 komandasının çalışdırıcısı Hikmət Hüseynov hakimi təhqir etdiklərinə görə beş oyunluq cəzalanıb.

Futzal üzrə I Liqada “Sovetski” və II Liqada “Gilan” komandalarının heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə bu klublara 0:5 hesablı texniki məğlubiyyət verilib.

Facebook səhifəmizi izləməyi unutmayın!