Kiyevdə Müslüm Maqomayev parkı salınacaq



Kiyevdə görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adına park salınacaq. 

Bununla bağlı UNN agentliyi məlumat yayıb. 

Bildirilib ki, park Seçevıx Streltsov küçəsi və Vyaçeslav Çornovil prospektinin kəsişməsində yerləşəcək.

Məlumatda qeyd edilib ki, M.Maqomayev adına park Azərbaycanın Kiyevdəki səfirliyinin təklifi ilə salınır.

Facebook səhifəmizi izləməyi unutmayın!