Videosu yayılan təcili yardım işçiləri cəzalandırıldı –  



Bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus iki maşının bir xanımın başına fırlandığını əks etdirən videogörüntülər yayılıb.

Sosial şəbəkələrdə paylaşılan video birmənalı qarşılanmayıb.

Səhiyyə Nazirliyindən Hakimiyyet.Az-a verilən məlumata görə, sözügedən görüntülərlə bağlı nazirlik tərəfindən araşdırma aparılıb. Aparılan araşdırma nəticəsində həmin videoda yer alan iki nəfər sürücü və bir nəfər tibb bacısı vəzifələrindən azad ediliblər.

Görüntülərin Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasının həyətində çəkildiyi bildirilir.

Könül Cəfərli 

Facebook səhifəmizi izləməyi unutmayın!