“Şərurlu İsfəndiyar” Şəhidin evini ailəsinin əlindən aldı – Ali Məhkəmədən Paşniyansayağı qərar

Şəhid Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.

Bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə məlumat yayıb.

O, bildirib ki, Ali Məhkəmənin qərarı ilə, aprel döyüşlərində qəhrəmanlıqla Şəhid olan Sənan Axundovun ailəsinə məxsus evi əlindən alınıb.

Ali Məhkəməyə Kassasiya şikayəti verən, Şəhidimiz, polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb:

“Qanunsuz qərarın çıxarılmasına isə “Şərurlu İsfəndiyar” sifariş verib. Belə ki, Sənan Axundov vəfat etməmişdən bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini Şərurlu İsfəndiyar alıb.

Həmin binada əlavə 5 mərtəbə də tikib. Şərurlu İsfəndiyarın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür.

Şəhid Sənan Axundov və xanımı

Şərurlu İsfəndiyar isə Sənan Şəhid olduqdan sonra əl-qolu açılıb. Sənanı ermənilər öldürdü, evini isə “Şərurlu İsfəndiyar” yəğmaladı. O, ailəni məhkəməyə verib və məhkəməni udub. Bu isə Azərbaycanda məhkəmə sisteminin hansı vəziyyətdə olduğunun göstəricisidir.

Yeni tərkibli hakimlər belə qərar çıxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri “Kamran MMC” verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan bir -iki nəfər var. Həm də ki, bina sakinlərinin hamısı “Kamran MMC”-dən aldıqları sənədləri, Şərurlu İsfəndiyarın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər.

Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binadakı özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın adamları isə bu otaqları vurub -uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindirməyib.

Картинки по запросу sənan axundov

Sənan Axundovun bu xalqa əmanət övladları

Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən “Şərurlu İsfəndiyar”ın xeyrinə qərar çıxararaq, Şəhid ailəsinin adına olan 50 kvadratmetrlik yeri əllərindən alıb”.

A.Eyvazlı Ali Məhkəmə sədri Ramiz Rzayevə də müraciət edib: “Cənab Ali Məhkəmə sədri Ramiz Rzayev, axı, siz o Şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetrlik sahə bütün qanun-qaydayla Şəhid ailəsinindir. Budurmu, sizin ədalətiniz?”. /vetenugrunda.az/