Polşada qatar təcili yardım maşınını əzib keçdi –  


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Polşanın Puşikovo şəhərində sürətlə hərəkət edən qatar dəmiryolu keçidində təcili tibbi yardım maşını ilə toqquşub.

Hadisə nəticəsində iki tibbi işçisi – həkim və feldşer hadisə yerindəcə həlak olub, sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə vaxtı maşında pasiyentin olmadığı bildirilir.

Toqquşmanın videogörüntüsü “YouTube”da yayılıb.

Təcili tibbi yardım maşını dəmiryolu keçidini keçməyə çalışan zaman şlaqbaum bağlanıb, sürücü manevr etməyə çalışsa da bütün səyləri boşa çıxıb və qatar onu əzərək kənara atıb.

Qeyd edək ki, briqada Puşikovo şəhərində ağır vəziyyətdə olan xəstəni Poznani şəhər klinikasına təxliyə etməli idi.

Facebook səhifəmizi izləməyi unutmayın!