50 min manata nömrə satan DYP inspektoru Afiyyədin Leysanovun kimliyi bəlli oldu

50 min manata nömrə satan DYP inspektoru Afiyyədin Leysanov kimdir?
Azərbaycanda avtomobil nömrələrinin müxtəlif qiymətlərə satılması ərəb ölkələrindəki kimi dəb halını alıb. Ölkəmizdə “zerkalni” deyilən nömələrin qiymətləri isə bəzən dodaq uçuqladır desək heç də yanılmarıq.
AzFakt.com un yaydığı məlumatlara görə, paytaxt Bakıda nömrə biznesi ilə məşğul olan Baş Dövlət Yol Polisi İdarəsinin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində bir müddət öncə 50 min manata nömrə satılıb.
Məlumata görə, 11-111 və orta seriyası da cüt hərfli olan həmin nömrəni iş adamlarından biri alıb. Məlumatda qeyd edilir ki, 11-111 nömrəsini Qeydiyyat-imtahan şöbəsinin inspektoru Afiyyədin Leysanov satıb.
Afiyyədin Leysanovun ölkədə nömrə biznesini əlində cəmləşdirən BDYPİ İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun yaxın adamı olduğu iddia edilir.
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Afiyəddin Leysanov hələ 90-cı ilin sonlarında Səlyan rayon icra Hakimiyyəti başçısının müavını olmuş, daha sonra uzun müddət Səlyan rayonunda Pambıq zavodunun direktoru işləmiş Bahəddin Leysanovun oğludur..Bahəddin Leysanovun bu rayonda iki yanacaqdoldurma məntəqəsi,”Salyan-Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti, eyni zamanda Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50% nə sahibdir. Məlumatlarda Bahəddin Leysanovun adıçəkilən rayonlarda minlərlə hektar ərazisi olduğu halda vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrət qaldıqlarını bildirirlər.B.Leysanovun bu kimi qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərində onlarla mülkü olduğu da bıldırilır.

Hakimiyyet.Az olaraq qarşı tərəfi dinləməya hazırıq…