Avropa Liqasının finalı üçün Bakıya 100-dən çox ölkədən bilet alınıb


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu üçün onlayn satılan biletlərin sayı açıqlanıb.

Hakimiyyet.Az xəbər verir ki, finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) biletdən əlavə, UEFA tərəfindən onlayn satışa çıxarılmış 21 min 500 ədəd bilet məhz 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb. 

Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bilet Azərbayan vətəndaşı olmayan şəxslər tərəfindən əldə olunub.

Facebook səhifəmizi izləməyi unutmayın!