Abşeronda silahla gəzən şəxs saxlanıldı – FOTO


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Abşeronda silahlı şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İmişli sakini Rafiq Əhmədovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs Abşeron rayonu ərazisində polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd “Zəfər” markalı tapança, bir ədəd sandıqça və 10 ədəd patron aşkar olunaraq götürülüb.

R.Əhmədov ifadəsində tapançanı tanışı Samir adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq Yasamal rayon sakini Samir Həsənov da saxlanılaraq istintaqa təqdim edilib. S.Həsənov ifadəsində silahın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində cinayət işi başlanılıb. Barələrində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Facebook səhifəmizi izləməyi unutmayın!