Tramp Çini müqavilə bağlamağa tələsdirir


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Donald Tramp Çini ABŞ-da 2020-ci ildə yeni prezident seçkilərini gözləmədən, tez bir zamanda ticari müqavilə bağlamağa səsləyib. Bu barədə Hakimiyyet.Az İnterfaks-a istinadla məlumat verir.

“Zənnimcə, Çin bu yaxınlarda baş tutan danışıqlar zamanı özünü necə əzilmiş hiss edibsə, 2020-ci ildə baş tutacaq növbəti prezident seçkilərinə qədər gözləmək qərarına gəlib. Yəqin, düşünür ki, birdən bəxtləri gətirər və demokrat qələbə qazanar”, –  deyə Tramp özünün “twitter” hesabında yazıb.

O vurğulayıb ki, belə olan təqdirdə, Çin ABŞ-ı illik 500 milyard dollar məbləğində soymaqda davam edəcək.

Xatırladaq ki, iki gün öncə Tramp ABŞ tərəfinin ümumi məbləği 200 milyard dollara yaxın olan Çin məhsullarına tətbiq olunan idxal rüsumunu iki dəfədən çox artırdığını bildirmişdi. O qeyd etmişdi ki, Çin imzalanmağa hazır olan iki ölkə arasındakı ticari müqavilənin bağlanmasını pozub.

Facebook səhifəmizi izləməyi unutmayın!