13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Türkiyədə yaşayan 13 yaşlı erməni əsilli Artur tanınmış din xadimi Nihat Hatipoğlunun aparıcılıq etdiyi proqramda İslamı qəbul edib.

Hadisəsdən az sonra oğlanın valideynləri hay-küy salaraq, Arturun proqrama onlardan icazəsiz qatıldığını söyləyiblər.

Türkiyə parlamentinin erməni deputatı Karo Paylan Arturun hüquqlarını qorumaq üçün məsələ ilə bağlı  “Radyo ve Televizyon Üst Kurulu”na ( RTÜK) müraciət edəcəyini bildirib.

“Sabah mən RTÜK və Baş Prokurorluğa şikayət məktubu göndərəcəm. Bu hadisə hansısa xüsusi bir mesaj daşımasa da, Arturun etnik mənsubiyyəti şounu daha baxımlı hala gətirib”, – deyə deputat bildirib.

Facebook səhifəmizi izləməyi unutmayın!