Kiyevdə 2 yaşlı uşaq günlərlə valideynlərinin meyidi ilə tək qalıb


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Kiyevdə polislər daxil olmuş zəng əsasında getdikləri mənzildə dəhşətli mənzərənin şahidi olublar. 2 yaşlı qız bir neçə gün ölmüş valideynləri ilə birlikdə Pavel Tıçin prospektində yerləşən mənzildə, bağlı qapılar arxasında tək qalıb. Bu barədə izvestiya.ru məlumat yayıb.

Polisə uşağın nənəsi müraciət edib. O qızından xəbər ala bilmədiyini deyincə polislər verilən ünvana gəliblər. Qapı arxasından gələn kəskin iy polislərə qapını qırmağa səbəb verib.

Mənzildə 1985 və 1991-ci il təvəllüdlü ər-arvadın meyitləri, eləcə də onların 2017-ci ildə anadan olmuş qızları sağ vəziyyətdə tapılıb. Meyitlərin üzərində hər hansı zorakılıq əlaməti görünməyib.

Hazırda ekspertiza ər-arvadın ölüm səbəblərini araşdırır

Facebook səhifəmizi izləməyi unutmayın!