UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
UEFA “Arsenal” futbol klubuna xəbərdarlıq edib: 

“Əgər klubun azarkeşləri Bakıda  keçiriləcək Avropa Liqasının final oyunu zamanı UEFA-ya qarşı hansısa etiraz aksiyası keçirsələr, klub neqativ reaksiya ilə qarşılaşacaq”.
 Bu barədə Mirror məlumat yayıb.

UEFA “Arsenal”ın azarkeşlərinin Henrix Mxitaryanın Bakıya gələ bilməməsindən narazı qalaraq, Bakıda UEFA-ya qarşı etiraz bannerləri aça  biləcəklərindən ehtiyat edir. Buna görə, UEFA əməkdaşları klubun azarkeşlərinə nəzarəti artıracaq və onların istənilən etiraz forması kluba qarşı sərt tədbirlərlə nəticələnə bilər.

Xəbər verdiyimiz kimi,“Arsenal” komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfindən verilən təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

Bununla əlaqədar, “Arsenal” futbol klubun fan-qruplarından biri üzlərinə Mxitaryanın şəkli olan maska taxaraq, Bakıda keçiriləcək final oyununu bu maskalar altında izləməyi , həmçinin erməni oyunçunun 7 nömrəli formanı geyməsinin şərəfinə 7-77 dəqiqəlik flaşmob keçirməyi təklif edib.

Facebook səhifəmizi izləməyi unutmayın!