Maştağa sakini boynundan bıçaqlanıb – vəziyyəti ağırdı –  


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Paytaxtın Maştağa kəndində 38 yaşlı kişi bıçaqlanıb.

Hakimiyyet.Az xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda baş verib.

1981-ci il təvəllüdlü Məmmədov İntiqam İnqilab oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxslə mübahisə edib və nəticədə boynundan bıçaqlanıb.

Boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi alan yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan İ.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Facebook səhifəmizi izləməyi unutmayın!