Suriyada yaraqlılar hökumət ordusunun zabitlərini girov götürüb


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Azad Suriya Ordusunun keçmiş üzvləri Dəməşqdən 110 kilometr məsafədə yerləşən hökumət qoşunlarının hərbi bazasına hücum edib.

“Al-Masdar” agentliyi xəbər verir ki, hadisə Dəraa dərəsinin qərbində yerləşən Jilin yaşayış məntəqəsində baş verib. Öncə hökumət ordusuna təslim olmuş silahlılar hərbi bazanın zabitlərindən ibarət qrupu əsir götürüblər.

Silahlılar bildiriblər ki, daha əvvəl həbs olunmuş keçmiş komandirləri Haysam əl-Haririnin azad olunması təqdirdə əsirləri buraxmağa hazırdırlar.

Rəsmi Dəməşq hadisə ilə bağlı heç bir şərh verməyib. 

Facebook səhifəmizi izləməyi unutmayın!