İmişlidə benzin daşıyan maşın partlayıb – FOTO


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
İmişlidə benzin dolu yük maşını həyətdə partlayıb.

Hakimiyyet.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qaravəlli kəndində qeydə alınıb.

Kənd sakini, Zeynalov Abdul Behdulla oğlu idarə etdiyi benzin dolu yük maşınını evlərinin yaxınlığında saxlayıb. Bir müddətdən sonra yük maşını anidən alovlanıb və çox çəkmədən partlayış baş verib.

Hadisə yerinə gələn FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook səhifəmizi izləməyi unutmayın!