Su daşıyan qadın kanalda boğuldu


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Saatlı sakini su kanalında boğulub.

Qxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə  rayonun Şirinbəyli kənd ərazisindən keçən Sahil kanalında baş verib. Belə ki, rayonun Fətəlikənd kənd sakini, 1976-cı il təvəllüdlü Pənahova Qətibə Həsənxan qızı axşam saatlarında su gətirmək üçün Sahil kanalına üz tutub.

O, vedrələri su ilə doldurmaq istəyən zaman qəfil ayağı sürüşüb,  kanala düşərək  suda boğulub. Yaxınlıqdakı adamlar tərəfindən qadının meyiti sudan çıxarılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Facebook səhifəmizi izləməyi unutmayın!