Murad Köhnəqala alimentə görə həbs edildi


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Tovuz Rayon Məhkəməsi şair-yazıçı Murad Köhnəqalanı həbs edib.

Hakimiyyet.Az  xəbər verir ki, bu barədə yazıçının həyat yoldaşı Şəlalə Göytürk məlumat yayıb. 

O bildirib ki, M.Köhnəqala keçmiş həyat yoldaşı və qızının aliment tələbini ödəmədiyi üçün həbs edilib.

“Yaşları 20-dən yuxarı, əqli və fiziki qabiliyyətləri olan ÜÇ adam – Muradın keçmiş həyat yoldaşı və qızının tələbi ilə məhkəmə bu cür ədalətsizliyə qərar verib. Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan 12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz. Bu nə vəhşilikdi belə?”, – Ş.Göytürk bildirib.

Facebook səhifəmizi izləməyi unutmayın!