Həsən Ruhani: İran heç vaxt müharibəyə birinci başlamayacaq


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
İran müharibəyə birinci başlamayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək.

TASS xəbər verir ki, bunu çərşənbə günü İran prezidenti Həsən Ruhani Tehranda Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşündən sonra deyib.

İran prezidenti bölgə və dünyada təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən Tehranın nüvə proqramı ilə bağlı sazişə sadiq qalacağını bildirib.

“Həm Tehran, həm də Tokio nüvə silahına qarşıdır”, – deyə Ruhani əlavə edib.

Facebook səhifəmizi izləməyi unutmayın!