Azərbaycanda yüksək vəzifələrdə neçə qadın çalışır?


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Azərbaycanda yüksək vəzifələrdə çalışan qadınların sayı açıqlanıb.

Hakimiyyet.Az xəbər verir ki, Milli Məclislə TÜRKPA-nın birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” adlı beynəlxalq konfransda çıxış edən parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, qadınların həm dövlət, həm özəl sektor, həm bələdiyyə, həm də ali qanunverici orqanda xüsusi çəkisi ildən-ilə artır.

Onun sözlərinə görə, ölkənin Birinci vitse-prezidenti xanımdır:

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Həmçinin dövlət komitələrindən birinin sədri, nazir müavinlərindən üçü qadındır. Bununla yanaşı, Azərbaycanın insan hüquqları üzrə müvəkkilimiz qadındır. Milli Məclisin üzvlərindən 20-si qadın parlamentaridir, eyni zamanda, Milli Məclis sədrinin müavinlərindən biri xanımdır.

Bundan başqa, 85 rayon və şəhər üzrə icra başçılarının birinci müavinlərinin 74-ü xanımdır, o cümlədən, Abşeron rayon İcra Hakimiyyətinin başçısı qadındır”.

O əlavə edib ki, məhkəmə-hüquq sistemində, hakim korpusunda çalışanların 14 faizi qadınlardır.

Kamil Həmzəoğlu

Facebook səhifəmizi izləməyi unutmayın!