Sürücü yüksək sürətin qurbanı oldu – FOTO


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Azərbaycanda daha bir yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Hakimiyyet.Az-ın məlumatına görə, qəza günorta saatlarında Bakıdan Saray yolu ilə Sumqayıt istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobil idarəetməni itirərək divara çırpılıb.

İlkin ehtimala əsasən, qəzaya səbəb kimi yüksək sürət göstərilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Şahidlərin verdiyi məlumata görə, sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Könül Cəfərli

Facebook səhifəmizi izləməyi unutmayın!