Məktəblərdə aşağı qiymətlər obyektivdir, yüksək qiymətlər şişirdilib – HESABAT


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 95.36%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–199 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 52.03%-i attestat qiymətlərini doğrulda bilib.

Hakimiyyet.Az-ın məlumatına görə, bu barədə 2018/2019-cu tədris ili üçün ali və orta ixtisas müəssisələrinə tələbə qəbulu və ümumitəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili hesabatında qeyd edilib.

Məlumatda qeyd edilib ki, bu, məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir:

“Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik.

Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir”, – deyə hesabatda qeyd edilib.

İlhamə Əbülfət

Facebook səhifəmizi izləməyi unutmayın!