Tsukerberq Fransaya təxribatçı istifadəçilər haqqında məlumat ötürəcək


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
“Facebook” sosial şəbəkəsi düşmənçilik və nifrət məzmunlu çağırışlar paylaşan istifadəçilərin şəxsi məlumatlarını Fransa məhkəmələrinə ötürməyə razılıq verib.

TASS xəbər verir ki, bunu Fransa prezidentin rəqamsal texnoloqiyalar üzrə baş katibi Sedrik O bildirib.

“Facebook” rəhbəri Mark Zukerberq ilə Fransa prezidenti Emanuel Makron arasında ötən ildən başlayaraq keçirilən bir sıra görüşlərdə dövlət başçısı nifrət çağırışları və dezinformasiyaları nizama salmaq əzmində olduğunu dilə gətirmişdi. Noyabr ayında “Facebook” Fransa istintaq orqanları ilə sözügedən məsələdə əməkdaşlıq edəcəklərini açıqlamışdı.

Bu il may ayında M.Zukerberq nifrət paylaşımlarının 65 faizinin şikayət gələnədək qeydə alındığını, qanunla qadağan olunmayan hər hansı paylaşımlarla bağlı şirkətin özbaşına qərar verməsinin düzgün olmadığını açıqlamışdı.

Facebook səhifəmizi izləməyi unutmayın!