Bakıda şok intihar – Yüksək rütbəli məmurun oğlu özünü 5-ci mərtəbədən atdı


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib.

Hakimiyyet.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib. 

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib. 

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. 

İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.

Facebook səhifəmizi izləməyi unutmayın!