“Partizani”nin baş məşqçisi: Bakıya turist kimi gəlməmişik


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Penalti seriyası oyunun gedişatından asılıdır. Yenə qolsuz heç-heçə qeydə alına bilər və ona görə də 11 metrlik zərbələrə də hazırlaşmışıq.

Hakimiyyet.Az xəbər verir ki, bunları Albaniyanın “Partizani” komandasının baş məşqçisi Franko Lerda “Qarabağ”a qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün təşkil olunmuş mətbuat konfransında söyləyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, məqsədləri növbəti mərhələyə yüksəlməkdir: “İlk matç geridə qalıb. Bakıya turist kimi gəlməmişik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Sabah qalib gələcəyimizə 100 faiz əmin deyilik. “Qarabağ”ın büdcəsi “Partizani”dən qat-qat üstündür. Rəqibə hörmətlə yanaşırıq. Biz də öz bacarığımızı göstərmək istəyirik. İlk oyun “Qarabağ” haqqında bildiklərimizi təsdiqlədi. Futbolçuları fərdi baxımdan çox yaxşıdırlar. Böyük təcrübəyə malik komandadır”.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu saat 21:00-da başlanacaq. Bu komandalar arasında Tiranada baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Səbuhi Musayev

Facebook səhifəmizi izləməyi unutmayın!