Güclü külək partlayışa səbəb oldu: Qarabağ bölgəsi işıqsız qalıb – FOTO


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Qarabağ bölgəsində güclü külək elektrik dirəklərini, naqilləri və telefon xətlərini sıradan çıxarıb. 

Hakimiyyet.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, güclü küləyin fəsadları Bərdə, Tərtər və Ağdam rayonlarında müşahidə olunub.

Bərdənin Türkmən kəndi ərazisində bir neçə ağac kökündən çıxıb. Aşan ağaclar yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. 

Nəticədə kəndə verilən elektrik enerjisi kəsilib. 

Rayonun Şirvanlı kəndində də elektrik transformatorunda baş verən qısa qapanma partlayışa səbəb olub. Əraziyə yanğınsöndürənlər cəlb olunub. 

Bundan başqa, güclü küləyin təsirindən Tərtər rayonunda elektrik transformatoru partlayıb.

Hadisə rayonun Küçərli kəndi ərazisində qeydə alınıb. Elektrik transformatorunda partlayışla nəticələnən yanğın baş verdiyindən abonentlərin enerji təminatında fasilə yaranıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Bərdə, Ağdam və Tərtər rayonlarının aidiyyəti qurumları yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər aparır. 

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

Qeyd edək ki, Bakıda küləyin sürətinin 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Facebook səhifəmizi izləməyi unutmayın!