33 yaşlı nişanlı kişi torpaqlarını qohumlara vəsiyyət edib özünü asdı


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
İsmayıllıda intihar hadisəsi baş verib. 

Hakimiyyet.Az xəbər verir ki, hadisə rayonun Şəbyan kəndində qeydə alınıb. 

1986-cı il təvəllüdlü Piriyev Səbuhi Arif oğlu özünü həyətindəki qoz ağacından asıb.

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

İcra nümayəndəsinin verdiyi məlumata görə, S.Piriyev intihardan əvvəl məktub yazıb.

Məktubda qeyd edilib ki, ona aid torpaq sahələri adlarını yazdığı qohumları arasında bölüşdürülsün. Bundan əlavə, qardaşına vəsiyyət edib ki, oğlu olsa, onun adını qoysun. 

Qeyd edək ki, intihar edən şəxs nişanlı imiş, ayın axırı toyu olacaqmış. O, Qurban bayramında nişanlısıgildə olub.

Faktla bağlı araşdırma aparılır.

Facebook səhifəmizi izləməyi unutmayın!