ABŞ-da təyyarəyə “MacBook Pro” notbuklarını keçirmək qadağa edildi


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
ABŞ aviasiya idarəsi (FAA) “Apple” şirkətinin istehsalı olan “MacBook Pro” notbuklarının təyyarə ilə daşınmasına qadağa qoyub.

TASS xəbər verir ki, qadağa 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralına kimi satılmış kompyuterlərə şamil ediləcək.

İyunda “Apple” bu notbukların geri çağırılması haqqında bəyanat verib. Şirkətin mütəxəssisləri 15-duymluq “MacBook Pro”larda nöqsan aşkar ediblər: notbukun batareyası qızdığından yanğın təhlükəsi yaranır.   

FAA bundan xəbərdar olaraq qadağa qoyduğunu açıqlayıb.

Facebook səhifəmizi izləməyi unutmayın!