Məktəblini maşın vurdu


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Qaxda nənəsigilə qonaq gələn məktəblini avtomobil vurub.

Hakimiyyet.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Tasmalı kəndində baş verib.

Qax şəhər sakini 1994-cü il təvəllüdlü Yunis Miraləm oğlu Şəkiliyev idarə etdiyi “QAZ 24” markalı avtomobillə kəndə nənəsigilə qonaq gəlmiş 2008-ci il təvəllüdlü Ləman Nurlan qızı Mirəyevanı vurub.

Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya kəllə-beyin travması diaqnozu qoyulub, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook səhifəmizi izləməyi unutmayın!